MİNGƏÇEVİR, 23 aprel. TELEQRAF
Mingəçevirdə fərdi yaşayış evində yanğın olub.
Teleqraf-ən yerli bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivindəki Nur küçəsində yerləşən Rəşəd Əlisahib oğlu Əsgərova məxsus 3 otaqlı fərdi evdə baş verib.
Hadisə yerinə yetişən yanğınsöndürmə briqadaları alovu ram edib. Yanğının böyüklüyünə baxmayaraq, əşyaların bir çoxu alovdan xilas edillib.
Ərazidə yanğın zamanı stres və həyəcan yaşayan şəxslərə yerindəcə tibbi yardım göstərilib.
Qeyd edək ki, yanan evdə 7 baş külfətlik kasıb ailə yaşayır. Faktla bağlı araşsırma başlanılıb.