BAKI, 21 aprel. TELEQRAF

Bakıda evdən meyit tapılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini 1977-ci il təvəllüdlü Ramil Nəzərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.