BAKI, 21 aprel. TELEQRAF

Bakı bulvarında faciəvi hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Neftçala rayon sakini 1977-ci il təvəllüdlü Nemət Nəcəfov dənizə düşərək boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.

N.Nəcəfovun meyiti sudan çıxarılaraq təhvil verilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyənləşməyib.

N.Nəcəfovun intihar məqsədilə özünü tənizə atması və ya ehtiyatsızlıqdan dənizə düşməsi müəyyənləşməyib.