GÖYGÖL, 21 aprel. TELEQRAF
Bu gecə Göygöl rayonunda baş verən yol qəzasında ölən 35 yaşlı Röyal İmanov Gəncə şəhərində fəaliyyət göstərən məhşur restoranın administratoru olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərhum həmçinin restoran və müxtəlif obyektlərin reklamını aparıb.
Məlumat üçün bilidirək ki, "Mercedes" markalı avtomobilin dəmir maneyə çırpılması nəticəsində R. İmanov hadisə yerində ölüb.
2002-ci il təvəllüdlü Əli Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

.jpg)
***
20.04.2025 - 23:28
Göygöldə qəza baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Yeni Qızılca kəndi istiqamətindən keçən hissəsində baş verib.
Qəza zamanı 35 yaşlı Röyal İmanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Əli Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata görə, qəzaya səbəb avtomobilin yol kənarında olan maeəyə çırpılmasıdır.
Faktla bağlı araşdırma başlanılıb.