GƏNCƏ, 20 aprel. TELEQRAF
Gəncədə sürücü qarşısına çıxan qum maneəsi səbəbindən avtomobilini aşırıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Poçt" adlanan ərazisində qeydə alınıb. Anar Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb.
Sürücü Teleqraf-ın yeli bürosuna bildirib ki, hadisəyə səbəb qarşısına çıxan qum maneəsi olub.
Məlumat üçün bildirək ki, Gəncənin sözügedən yaşayış massivində su və kanalizasiya, həmçinin işıq xətləri çəkilir.
Faktla bağlı araşdırma başlanılıb.