​BAKI, 20 aprel. TELEQRAF

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 50 m² olan mebel sexinin tavanı 25 m² sahədə və içərisində olan materiallar 10 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.