XIRDALAN, 18 aprel. TELEQRAF
Xırdalanda intihara cəhd olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, aprelin 17-si saat 19 radələrində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Abakər Elnur oğlu Məhərrəmzadə intihar məqsədi ilə Xırdalan şəhərinin ərazisində yerləşən 12 mərtəbəli binanın 6-cı mərtəbəsindən özünü atıb.
Xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmzadənin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalar aparılır.