GƏNCƏ, 11 aprel. TELEQRAF
Gəncədə heyvan oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara məxsus ümumi dəyəri 5500 manat olan 7 baş xırda, 1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən 32 yaşlı N.Bayramov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.