BAKI, 11 aprel. TELEQRAF
Salyan rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Salyan rayonunun Sarvan kəndində ümumi sahəsi 80 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olnub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Saatlı rayonunun Novruzlu kəndində ümumi sahəsi 174 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb.
Yaxınlıqdakı tikillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.