GÖYGÖL, 16 aprel. TELEQRAF

Göygöl rayonunun Tülallar kəndinə qar yağır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hazırda kənddə qalın qalınlığı 6-sm çatıb.

Kəndlə rayon mərkəzinin əlaqəsini təmin edən avtomobil yolunda çətinliklər yaranıb.

Hazırda yolun gediş-gəliş üçün işlək vəziyyətdə olması istiqamətində tədbirlər görülür.

Tülallar kəndi rayon mərkəzindən 35 km uzaqlıqda yerləşir. Kəndin 250-ə yaxın sakini var. Ərazidə mavi yanacaq da yoxdur. Sakinlər odundan istifadə edir. Qar yağışı bu saatlarda da davam etməkdədir.