Samur-Abşeron kanalında naməlum kişi meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, meyit kanalın Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində aşkar olunub.

Onun hansı şəraitdə suya düşdüyü məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Meyitin sudan çıxarılması üçün zəruri işlər həyata keçirilir.

Faktla bağlı araşdırmaya başlanılıb.