Mayın 11-də Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlu kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.