Paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur.