Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi və yandırılmasında təqsirli bilinən Varis Etibar oğlu Cəfərli barəsində qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü Varis Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

***

11.09

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.