Bakının Binəqədi rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 3300 manat dəyərində təmir alətlərinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Təbriz Cavadzadə müəyyən olunaraq saxlanılılıb.
Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində yerləşən zavodunun həyətində quraşdırılmış antenanın 30 metr elektrik naqilini, 8 ədəd akkumulyator, 2 ədəd kondisioner, 20 ədəd modul və 2 ədəd antena dayaqlarını oğurlaması da müəyyən olunub.
Bundan başqa, yanvarın 13-də Səbail rayonunun Ş.Allahverdiyev küçəsində yerləşən köşklərin birindən 300 manat pul, tütün məmulatı və 1700 manat dəyərində lotereyanın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vaqif Əliyev müəyyən olunaraq saxlanılıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 18-də Bakı şəhər sakini olan bir qadının bank hesabından 1020 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rəsul Baxışlı müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Nizami rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması və avtomobildə olan bank kartından 491 manatın çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Lökbatan qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda və oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Z.Zeynalov müəyyən olunaraq saxlanılıb.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində maskalı şəxsin qəsəbə sakini olan bir nəfərin əlindən içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olan sellofan torbanı quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Vüqar Bağırov müəyyən olunaraq saxlanılıb.