Yevlax rayon sakini A.Nəbiyev rayon polis şöbəsinə müraciət edib və qızının itkin düşdüyü barədə məlumat verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazilriyindən bildirilib.
“Şəkildə gördüyünüz 21 yaşlı Zəhra Tağıyevanın yeri barədə məlumatı olan şəxslərdən Yevlax rayon polis şöbəsinin 022-336-45-02 nömrəsinə, həmçinin Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olub.
