
İyunun 21-də Qobustan rayonunun Xilmilli kəndi ərazisində kənd sakini İ.Yusibov sərxoş vəziyyətdə xuliqanlıq zəminində həmkəndlisi S.Qardaşəliyevin istiqamətində ov tüfəngindən atəş açaraq ona yüngül xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, Qobustan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Yusibov saxlanılıb, ondan müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürülüb.