Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.