Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndi ərazisində baş verib.

Kənd sakini Mehdi Ağayevin idarə etdiyi “VAZ-2107” və Bərdə rayon sakini N.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə M.Ağayev aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş İstintaq və təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.