Bakıda seksual xarakterli hərəkətlər etməkdə və soyğunçuluqda təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan R.İsayev saxlanılıb.

Məlum olub ki, R.İsayev küçədə qadınları soyub və onlara qarşı seksual zorakılıq hərəkətləri edib.

Fakt üzrə istintaq davam edir.