Bu gün səhər saatlarında Kirants (Günən) kəndinin üzərində Azərbaycan bayrağı ucaldılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kirants kəndinin başçısı Kamo Şahinyan bildirib.

"Bizim bayrağımız olan yerin qarşısında onların bayrağı var. Onların sərhədçiləri, hərəkətləri kənddən görünür, düz xətt üzrə bizim sərhədçilərdən təxminən 200 metr aralıdadırlar. Hələ kəndə gəlməyiblər, yeni yol çəkilənə qədər yol işləyir, məncə, iyulun 24-nə qədər müddət var", - deyə o qeyd edib.

O da bildirilir ki, kənd sakinləri sərhədlərin demarkasiyası nəticəsində Azərbaycanın nəzarətinə keçəcək daşınmaz əmlaklarını yandırıblar. Onlar hökumətin təklif etdiyi kompensasiyadan imtina ediblər.

Qeyd edək ki, demarkasiya nəticəsində Kirantsda 2 ev, 3 mağaza və 1 avtoyuma məntəqəsi Azərbaycanın nəzarətinə keçib.

Kamo Şahinyan bildirib ki, 6 ev isə Azərbaycana o qədər yaxındır ki, “orada yaşamaq mümkün olmayacaq”.