Bunlar heç bir siyasi istinadı olmayan bəyanatlardır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici işlər nazirinin müavini Van Kostanyan Baş nazir Nikol Paşinyanın Azərbaycana iki ölkə arasında bir-birinin silahlarına nəzarət və ərazilərinə hücum etməməsi ilə bağlı anlaşmanın imzalanmasına dair verdiyi təklifləri şərh edərkən deyib.

“Rəsmi Bakıdan müsbət reaksiya olarsa, müzakirələr başqa mərhələyə keçəcək”, - erməni diplomat bildirib.

Sülh sazişinin imzalanması perspektivlərinə gəlincə, Kostanyan qeyd edib:

“Qonşularımızla münasibətlərin tam nizamlanması və sülh müqaviləsinin bağlanmasında səmimi olaraq maraqlıyıq. Yanvarın 4-də müvafiq sazişin mətninin yenilənmiş variantını Azərbaycan tərəfinə göndərmişik, indi cavab gözləyirik. Dünən Bakıdan cavabın bir neçə həftə ərzində veriləcəyi ilə bağlı mesaj gəlib”.