Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Kirman şəhərində baş verən terror aktını pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub.
Bildirilir ki, Türkiyə İrandakı dəhşətli terror aktını qətiyyətlə pisləyir,
"Dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik"