Ermənsitanın Zəngəzur dəhlizi olmaqla verdiyi vədləri yerinə yetirməsini gözləyirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.

Ərdoğan təəssüflə qeyd edib ki, Ermənistan bu tarixi fürsəti dəyərləndirməyib: “”Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəklədik. Amma Ermənistan vədlərinə əməl etmədi”.

O, Cənubi Qafqaz bölgəsindəki gərginliyin tezliklə başa çatacağına ümid etdiyini söyləyib.