Rusiya Türkiyədən Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüşün təşkili ilə bağlı rəsmi müraciət almayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kütləvi informasiya vasitələrində bununla bağlı materiallar gördük, amma Türkiyə tərəfdən rəsmi müraciət almamışıq. Biz beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı 3+3 regional məsləhətçi platforması çərçivəsində birgə iş üzrə Ankara ilə sıx dialoqu davam etdiririk”, - Zaxarova bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Rusiya və Ermənistan liderlərini dördtərəfli görüşə dəvət edib.