Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları ilə Ermənistandan Xankəndiyə 23 tona yaxın un daşınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ağdam-Xankəndi yolu ilə separatçılara çatdırılan yüklər arasında Rusiya və İsveçrə istehsalı tibbi məhsullar və gigiyena vasitələri də var.

BQXK qeyd edib ki, Laçın və Ağdam-Xankəndi yolları ilə yüklərin daşınması israrlı diplomatik səylərin nəticəsidir.

“Son həftələr müxtəlif marşrutlar, o cümlədən Laçın və Ağdam yolları ilə yardım almaq üçün qərar qəbul edən şəxslərlə danışıqlar apardıq”, - komitənin açıqlamasında deyilir.