“Ermənistanla Azərbaycan arasındakı məsələlər sülh danışıqlarında həll edilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan hökumətinin xüsusi təyinatlı səfiri Edmon Marukyan deyib.
“Ermənistan və Azərbaycan arasında etimadsızlıq fundamental məsələdir, bunlar anlamlı nəticə əldə etmək üçün sülh prosesində həll edilməlidir”, - səfir bildirib.
Marukyanın iddiasına görə, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla davamlı sülhə nail olmaq üçün addımlar atır.