“Bölgə qaynayır, Ermənistan da həmin qazandadır. Sanki supergüclərin əlində oyun kartına çevrilmişik”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Andranik İspiryan deyib.

Ekspert NATO-nun Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışdığını bildirib:

“Rusiyanın yeri boş qalmayacaq. Kim gələcək: Türkiyə? NATO bölgəyə birbaşa gəlməyəcək, Türkiyə vasitəsilə daxil olacaq”.