“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan Xankəndidəki separatçılara zəng edib.
Teleqraf.com xəbər verir ki, o, Samvel Şahramanyan, Davit İşxanyan və Ruben Vardanyanla telefon danışığı aparıb.
Sarukyan separatçılara dəstəyini ifadə edib və Ermənistanın onlara fəal dəstək verməyə hazır olduğunu bildirib.
Samvel Şahramanyan ötən günlərdə separatçıların “dövlət naziri” təyin edilib.