BAKI, 25 sentyabr. TELEQRAF

Çin və ABŞ münasibətləri yeni tarixi mərhələyə qədəm qoyub.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Ağ Evdə keçirilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.

“Bu gün Çin-Amerika münasibətləri yeni tarixi mərhələdədir”, – Si Cinpin deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Amerikanı yenidən qüdrətli etmək, Çin isə Çin xalqının böyük dirçəlişinə nail olmaq məqsədi daşıyır. Si Cinpin bu iki hədəfin bir-birini tamamlaya biləcəyini vurğulayıb.

Çin lideri Pekin və Vaşinqtonun iki ölkə arasındakı dostluq tarixində birlikdə yeni səhifə aça biləcəyini bildirib.

“Gəlin Çin-Amerika dostluğunun gözəl çiçəyini yetişdirmək və onun tarixində birlikdə yeni səhifə yazmaq üçün səylərimizi birləşdirək”, – Si Cinpin qeyd edib.