“Həm Rusiya, həm də Qərb Ermənistana təzyiq edir ki, Azərbaycanla anlaşsın”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannistan deyib.
“Baş verənlər məntiqi “qırmızı xətlər”inə çatır. Ermənistan bu durumda tarazlığı necə quracaq? Bəli, təzyiqlər var. Adətən təzyiqlər zəiflərin üzərində olur. Qərb də, Rusiya da istəyir ki, problem olmasın, sakitlik olsun, çünki onların başları indi qarışıb. Bunun üçün nə etməlidirlər? Problemləri həll etmək üçün zəif tərəfə təzyiq göstərməlidirlər”, - ekspert bildirib.
Ovannisyanın sözlərinə görə, Ermənistan Azərbaycanla müharibə istəmir, amma danışıqların məzmunu da Ermənistanın xeyrinə deyil.
Onun fikrincə, danışıqlar iki şeyə səbəb olacaq: müharibə və Azərbaycanın Qarabağın dağlıq hissəsində suverenliyinin tam bərpa edilməsinə.