Azərbaycanla sərhəddə təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb.

Teleqraf.com xəbər verir ki,Ermənistan Müdafiə Nazirliyi bu gün baş verən silahlı toqquşmalarda 4 hərbçi itirdiklərini etiraf edib.

Nazirlik 1 erməni hərbçinin yaralandığını açıqlayıb.

***

11:03

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Ordumuzun mövqelərini atəşə tutub və üç hərbçimiz yaralanıb.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, Ordumuzun cavab tədbirləri nəticəsində iki erməni əsgərin məhv edildiyi, bir erməni əsgərin yaralandığı bildirilir.