Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ saat 05:53:50-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3, ocağının dərinliyi 46 km olub.

Zəlzələ hiss olunmayıb.