BAKI, 22 dekabr. TELEQRAF
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
Teleqraf xəbər verir ki, bu gün icrasına başlanılan amnistiya aktı ona da şamil edilib.
Qeyd edək ki, Neftçalan Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilmişdi.
O, İsmayıl Vəliyev və digər vəzifəli şəxslərlə birgə korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu.