Bakı Mühəndislik Universiteti (BMU) FETÖ əməliyyatında saxlanılan "Yurd” mərkəzinin direktoru Ruslan Əliyevin bu universitetin müəllimi olması xəbərini təkzib edib.

Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elman Babayev Teleqraf.com-a açıqlamasında məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Bəzi saytlarda məlum məsələdə saxlanılanlardan birinin - "Yurd” mərkəzinin direktoru Ruslan Əliyevin guya Bakı Mühəndislik Universitetin müəllimi olması barədə xəbər yayılıb. Amma o, BMU-nun müəllimi deyil. Universitetdə Ruslan Əliyev adlı müəllim işləmir”, - deyə Elman Babayev söyləyib.

Qeyd edək ki, FETÖ ilə bağlı həbs edilən 4 nəfər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.