Abşeron sakini Lerikdə çayda çimərkən suda boğulub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, iyulun 29-da Lerik rayonu, Hamarmeşə kəndinin ərazisində Abşeron rayon sakini Şamxal Cəfərov çayda çimərkən suda boğulub.

Onun meyiti sudan çıxarılıb.