Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan futbol üzrə Milli Komandanın baş məşqçisi Fatih Terimə süpriz edərək bir stadiona onun adını verib.


ANS TV-nin məlumatına görə, açılışda iştirak edən Fatih Terim isə həyatının 45 ilini bu oyuna sərf etdiyindən danışarkən kövrəlib və deyib ki, sağ ikən bu açılışı görmək sadəcə ona qürur verir.


Açılışın maraqlı hissəsi isə bundan sonra başlayıb. Türkiyə baş naziri və adı rüşvət qalmaqalında hallanan oğlu Bilal Ərdoğan forma geyinərək stadiona çıxıblar. Ata-bala bir komandada oynayıblar.


17 min 319 nəfərlik meydançada narıncı formada matça çıxan baş nazir, 15 dəqiqədə rəqib komandanın qapısına 3 qol vurub. Yarım saat davam edən oyunda nazirin komandası 4-3 hesabı ilə qalib gəlib. Matçda, eyni zamanda, Türkiyənin məşhur idmançıları, şou və incəsənət adamları da olub.