
İsraildə yayımlanan bu video dünyanı şoka salıb
Hərbi ərazidə silah və tanklarla oynayan israilli uşaqların beyinləri yuyularaq, artıq kiçik yaşlarında “ərəb və müsəlmanla düşmən olmaq” aşılanır
İsraildə televiziya kanalında yayımlanan video proqramda rejimin uşaqlarının tanklara mindirilərək silahla oynadıqları açıq-aşkar görünür.
Uşaqlardan müsahibə alan müxbirin soruşduğu suallar və aldığı cavablar isə insanın damarlarındakı qanı dondurur. Kamera qarşısında danışan uşaqların mərhəmətsiz şəkildə irqçi ifadələr söyləməsi izləyənləri şoka salıb. Görsənən budur ki, İsraildə uşaqların artıq kiçik yaşlarında necə beyinləri yuyularaq “ərəb və müsəlmanla düşmən olmaq” aşılanır.
/deyerler.org/