
Surqutda kütləvi davada iştirak etmiş 15 polis əməkdaşı cəzalandırılıb, onlardan 3-ü polisdən qovulub.
Bu barədə Xantı-Mansı dairəsinin daxili işlər nazirliyi bildirir.
Davada iştirak etmiş 12 əməkdaşa və onların birbaşa rəhbərlərinə isə xəbərdarlıq edilib. Polislər iyunun 24-də kafedə içlərində azərbaycanlıların da olduğu qafqazlılarla dalaşıblar.
Davanın görüntüləri sosial şəbəkədə geniş yayılmışdı.
/ans press/