BAKI, 25 noyabr. TELEQRAF
İsrailin nüvə arsenalında hazırda təxminən 90 başlıq var və bu, 2021-ci ildəki səviyyədə qalıb.
Teleqraf xəbər verir ki, bu fikirlər amerikalı alimlər Hans M. Kristensen və Makkenzi Nayt-Boylun "Bulletin of the Atomic Scientists" jurnalında peyk görüntülərinə istinadən yazdıqları məqalədə qeyd edilib.
Bildirilir ki, 2025-ci ilin əvvəlinə qədər İsrail 800 kq-dan 1000 kq-a qədər plutonium toplaya bilərdi və bu plutonium 160-dan 250-yə qədər nüvə başlığı yaratmaq üçün istifadə edilə bilər.
Məqalədə deyilir ki, 2026-cı ilə aid yeni görüntülər İsrailin cənubundakı Negev səhrasında Dimonadakı nüvə tədqiqat kompleksinə bənzər diametrə malik yeni dairəvi strukturun inşasını göstərir, lakin hazırda obyektin nəzərdə tutulan istifadəsi ilə bağlı rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, İsrail ölkənin arsenalında nüvə silahının mövcudluğunu nə rəsmi olaraq təsdiqləyib, nə də təkzib edib.