BAKI, 25 noyabr. TELEQRAF

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin dəyəri 8,5 milyard İsveçrə frankına (təxminən 10,2 milyard dollar) çatıb. Ölkə Rusiya siyasətçilərinə, oliqarxlarına və Kremllə əlaqəli şirkətlərə qarşı Aİ sanksiyalarını davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, bu fikirləriCenevrədə keçirilən hüquqi konfransda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sanksiyalar şöbəsinin rəhbəri Daniel Ebi bildirib.

O bildirib ki, dondurulmuş aktivlərin dəyəri 7,4 milyard frank olan 2025-ci ilin aprel ayı ilə müqayisədə onların dəyəri 15% artıb. Bu, əlavə aktivlərin müsadirə edilməsi, eləcə də bu aktivlərin bəzilərinin qızıl dəyərində artımla bağlıdır.

Eyni zamanda, Rusiya Mərkəzi Bankının aktivlərinin dəyəri 18 ay əvvəlki ilə müqayisədə 9% azalaraq 6,8 milyard franka düşüb. Ebi izah edib ki, bu, vəsaitlərin blokdan çıxarılması ilə deyil, bu aktivlərin saxlanıldığı valyutaların dəyərdən düşməsi ilə bağlıdır.