BAKI, 26 oktyabr. TELEQRAF
Azərbaycanda cari ilin ilk 9 ayında 340 mühafizə orderi icraata daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 323-ü qısamüddətli, 17-si uzunmüddətlidir.
"Mühafizə orderlərinin 294-ü qadına, 46-sı kişiyə verilib. Ötən dövrdən qalanlarla birgə 368 mühafizə orderinin icraatına xitam verilib", - məlumatda qeyd olunub.