QƏBƏLƏ, 6 oktyabr. TELEQRAF
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Rui Jorjenin çalışdırdığı yığma Yaponiyanın eyni yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
Penaltilər seriyasında Azərbaycan 5:4 qalib gəlib.
Qeyd edək ki, təlim-məşq toplanışı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədi daşıyır.