BAKI, 6 oktyabr. TELEQRAF

Braziliya millisinin futbolçusu Rafinya “Barselona” ilə müqaviləsini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 29 yaşlı hücumçu Kataloniya klubunda 2030-cu ilin iyununa qədər çıxış edəcək.

Tərəflər arasında müqavilənin bütün detalları razılaşdırılıb. Rəsmi açıqlamanın və futbolçunun təqdimatının bu həftə baş tutacağı gözlənilir. Sənədləşmə prosesi uğurla yekunlaşacağı təqdirdə, təqdimat mərasimi cümə günü keçirilə bilər.

Qeyd edək ki, Rafinya “Barselona”ya keçdiyi gündən komandanın heyətində 185 oyuna çıxıb, 89 qol vurub və 62 məhsuldar ötürmə edib.