QƏBƏLƏ, 6 oktyabr. TELEQRAF

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycamın 20 yaşadək futbolçulardan ibarət milli komanda bu gün növbəti yoxlama oyununu keçirəcək.

Teleqraf-ın Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, Ruy Jorjenin komandası Yaponiya yığması ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, U-20 millimiz ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.