BAKI, 6 oktyabr. TELEQRAF
İngiltərənin “Arsenal” klubu İtaliya millisinin və “İnter”in gənc futbolçusu Pio Espositonu transfer etmək istəyir.
Teleqraf xəbər verir ki, London təmsilçisi 21 yaşlı hücumçunu yaxından izləyir.
İtaliya millisində də çıxış edən Esposito bu mövsüm “İnter”dəki performansı ilə diqqət çəkib. Onun çıxışı “Arsenal”ın marağına səbəb olub.
Məlumata görə, “Arsenal” rəhbərliyi italiyalı forvardın transferi üçün hərəkətə keçməyi planlaşdırır. “İnter” isə futbolçusunu komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Espositonun Milan təmsilçisi ilə müqaviləsi 2032-ci ilin iyununa qədərdir.