BAKI, 6 oktyabr. TELEQRAF

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib.

Teleqraf xəbər verir ki, oktyabrın 5-də A, B və C Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub. Fransa Belçikanı 2:1, İtaliya isə Türkiyəni 3:1 hesabı ilə məğlub edib.

B Liqasında Macarıstan səfərdə Ukraynaya 2:1 hesabı ilə qalib gəlib. İsveç Rumıniyanı, Bosniya və Herseqovina isə Polşanı minimal hesabla üstələyib. Şimali İrlandiya – Gürcüstan görüşündə qalib müəyyənləşməyib.

C Liqasında Kipr Latviyaya 2:1 hesabı ilə qalib gəlib, Monteneqro – Ermənistan qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb. tipsterarea.com

5 oktyabrın nəticələri:

A Liqası, I qrup
Fransa – Belçika – 4:1
İtaliya – Türkiyə – 3:1

B Liqası, II qrup
Şimali İrlandiya – Gürcüstan – 0:0
Ukrayna – Macarıstan – 1:2

B Liqası, IV qrup
Bosniya və Herseqovina – Polşa – 1:0
Rumıniya – İsveç – 0:1

C Liqası, II qrup
Kipr – Latviya – 2:1
Monteneqro – Ermənistan – 0:0