BAKI, 5 oktyabr. TELEQRAF

İspaniyanın "Barselona" klubunun müdafiəçisi Jül Kondenin transferə çıxarıla biləcəyi ehtimalı İngiltərə Premyer Liqasının nəhəng klublarının marağına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Məlumata əsasən, "Çelsi", "Liverpul", "Arsenal", "Mançester Yunayted" və "Mançester Siti" Fransa millisinin üzvünü heyətinə qatmaqda maraqlıdır. "Çelsi" sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün futbolçunun vəziyyətini diqqətlə izləyir. Kataloniya təmsilçisi isə yeni transferləri maliyyələşdirmək məqsədilə fransalı oyunçunu satmağa müsbət yanaşır.