BAKI, 5 oktyabr. TELEQRAF
"Mançester Siti"nin hücumçusu Erlinq Holann "Arsenal"ın marağına baxmayaraq, karyerasını İspaniyada davam etdirməyə üstünlük verir.
Teleqraf xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Norveçli hücumçunun müqavilə müddəti 2034-cü ilə qədər nəzərdə tutulsa da, onun düşərgəsi 2027-ci ili "Etihad"dan ayrılmaq üçün potensial tarix kimi müəyyənləşdirib. "Barselona" və "Real Madrid" futbolçunu heyətinə qatmaq üçün əsas namizədlər sırasındadır.
Qeyd edək ki, "Mançester Siti"yə qarşı maliyyə qaydalarının pozulması ilə bağlı iddialar irəli sürüldüyündən, hücumçunun komandadan ayrılması məsələsi gündəmə gəlib.