BAKI, 4 oktyabr. TELEQRAF
Azərbaycan - Litva matçında ikinci hissə başladı.
***
17:45
Azərbaycan - Litva matçında ilk hissə başa çatdı.
Teleqraf xəbər verir ki, Azərbaycan fasiləyə 1:0 üstün yollanıb.
***
17:26
Azərbaycan - Litva matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, 26-cı dəqiqədə Azərbaycan millisinin üzvü Abdulla Xaybullayev hesabı 1:0 edib.
***
17:00
UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan millisi Litva ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, 8-ci km stadionunda keçirilən görüşə start verilib.
Matçı Portuqaliyadan olan baş hakim Qustavo Korreya idarə edir.
Qeyd edək ki, Azərbaycan yığması qrupda Litva ilə səfərdə 1:1, Lixtenşteynlə evdə 0:0 hesablı heç-heçə edib. Litva isə Lixtenşteyni 2:0 məğlub edib.
Hazırda Litva 3 xalla qrupda lider, Azərbaycan isə 2 xalla ikinci pillədədir.